Xəbər verdiyimiz kimi, 3–9 iyun tarixlərində Qazaxıstanın Almatı şəhərində postsovet ölkələrinin 5-ci Gənclər Teatr Forumu keçirilib. Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Teatr Xadimləri İttifaqının təşəbbüsü ilə beynəlxalq tədbirə ölkəmizin nümayəndə heyəti də qatılıb.

İyunun 7-də  forum çərçivəsində Akademik Milli Dram Teatrının “Sənsiz” tamaşası nümayiş olunub. K.Kujamyarov adına Dövlət Musiqili Komediya Teatrının səhnəsində göstərilən tamaşa alqışlarla qarşılanıb.

Yazıçı-dramaturq Şıxəli Qurbanovun “Sənsiz” pyesi əsasında hazırlanan eyniadlı səhnə əsərinin quruluşçu rejissoru Nihad Qulamzadə, bəstəkarı Vüqar Babayev, rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, rejissor assistentləri Xanım Həsənova və Könül Kərimovadır.

Rolları Xalq artisti Mehriban Zəki (Sevinc), Əməkdar artist Füzuli Hüseynov (Tərlan), aktyorlar İlahə Həsənova (Maral), Elçin Əfəndi (Fərhad), Elsevər Rəhimov (gənc Tərlan), Lalə Süleymanova (gənc Sevinc) canlandırıblar.