8-9 iyun tarixlərində Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə kino” layihəsi çərçivəsində görkəmli balet ustaları, Xalq artistləri, uzun illərin ömür-gün yoldaşları Rəfiqə Axundova (1931–2024) və Maqsud Məmmədovun (1929) yaradıcılığına həsr olunmuş “Balet, ömrüm mənim” adlı sənədli film nümayiş olunub.
Film nümayişi çərçivəsində ekran əsərinin yaradıcı heyəti və balet ustalarının yaxınları ilə görüş keçirilib. Görüşdə görkəmli baletmeyster Maqsud Məmmədovun 95 illik yubileyi münasibətilə təbriklər səsləndirilib, milli balet səhnəsinin əfsanəsi Rəfiqə Axundovanın xatirəsi ehtiramla yad olunub, hər iki sənətkarın tamaşaçılarda dərin rəğbət hissi yaratmış yaradıcılıqlarından bəhs edilib.
Yaradıcı heyət tərəfindən filmin çəkilişi prosesindən söz açılıb.
Qeyd edək ki, sənədli film Mədəniyyət Nazirliyinin sifarişi ilə “Dublyaj” studiyasında istehsal olunub. Ssenari müəllifi Raya Abbasova, rejissoru Gülər Tokgözdür.