230 kiloqram çəkisi olub

 

Avstraliyalı tədqiqatçılar 40 min il əvvəl nəsli kəsilmiş nəhəng quş növünün kəllə sümüyünü aşkar ediblər.

Vaxtilə Avstraliya çöllərində gəzən “Genyornis newtoni” adlı quşun kəllə sümüyünü Flinders Universitetinin paleontoloqlar qrupu tapıb. Növün əvvəllər məlum olan yeganə kəllə sümüyü 1913-cü ildə aşkarlanıb, lakin zədələndiyi üçün çox az sümük qalıb.

Yeni tapıntı tədqiqatçılara “Genyornis newtoni” quşunun ekologiyasını və təkamülünü araşdırmaq imkanı verib. Alimlər təxminən 230 kiloqram ağırlığında olduğu düşünülən nəhəng quşun kəllə sümüyünün müasir qazlar və su quşları ilə oxşarlıqlara malik olduğunu söyləyiblər.