Şirvan-Salyan RMİ-nin tabe müəssisəsi olan Neftçala şəhər Camal İsmayılov adına Uşaq incəsənət məktəbində fortepiano şöbəsinin müdiri Tükəzban Mehtiyevanın şagirdlərinin ifasında “Çiçəklənən arzular” adlı konsert proqramı keçirilib.

Tamaşaçılar arasında Vətən Müharibəsi Qəhrəmanı şəhid baş gizir Camal İsmayılovun valideynləri, rayonun və Şirvan-Salyan RMİ-nin rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri olub.

Konsertdə təqdim olunan musiqi və rəqs nömrələri maraqlı qarşılanıb.

Sonda müxtəlif müsabiqələrdə fərqlənən şagirdlərə diplomlar təqdim edilib.