Siyəzən rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Oxu bayramı” keçirilib.

Əvvəlcə qonaqlar məktəblilərin hazırladıqları əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Çıxış edənlər Ümummilli lider Heydər Əliyevin kitaba verdiyi dəyərdən, kitabxana sahəsinin inkişafı ilə bağlı gördüyü işlərdən danışıblar. Qeyd olunub ki, bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Məktəblilər şeirlər söyləyib, musiqi nömrələri ifa ediblər.

***

Ağcabədi rayon MKS-nin Mərkəzi Kitabxanası açıq havada Ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr edilmiş tədbir təşkil edib.

Şagirdlər tərəfindən şeirlər oxunub, Qarabağa, Azərbaycana və Ümummilli liderə həsr edilmiş musiqi nömrələri səsləndirilib, rəqslər ifa olunub.

Qonaqlar “2024-cü il Yaşıl dünya naminə həmrəylik ilidir”, “Məhəmməd Füzuli – 530”, “Məhəmməd Əmin Rəsulzadə – 140”, “Süleyman Ələsgərov – 100”, “Naxçıvan Muxtar Respublikası – 100” başlıqlı sərgilərlə tanış olublar.