Yazıçı-publisist, Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyevin yeni kitabı işıq üzü görüb. Kitabda müəllifin roman, povest, 30-dan çox hekayə, novella və essesi, rus ədəbiyyatından bir neçə tərcüməsi yer alıb.

Yazıçının qələmə aldığı əsərlərin əsasında milli-mənəvi dəyərlərə hörmət, saf əməl, uşaqların və gənclərin hərbi vətənpərvərlik, əmək tərbiyəsi, doğma Vətəni və torpağı sevmək amalları durur.

Kitabın redaktoru “Yeni həyat” (Masallı) qəzetinin və eyniadlı saytın baş redaktoru Əlihüseyn Şükürovdur.