Ulu öndərin fikir və aforizmlərindən ibarət kitab

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası və “Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti” İctimai Birliyinın birgə təşkilatçılığı ilə “Azərbaycanın zəngin mədəniyyəti var” adlı kitab nəşr olunub.

Kitabxanadan bildirilib ki, nəşr Ümummilli lider Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə gəlməsinin (1969) 55 illiyinə ithaf olunub.

18 bölmədən ibarət kitabda Heydər Əliyevin mədəniyyət və incəsənət, yaradıcı ziyalılar, teatr, kino, musiqi, təsviri incəsənət və rəssamlıq, muzey, tarixi-memarlıq abidələri, kitab nəşri və kitabxana, milli adət-ənənələr, ədəbi-mədəni irs haqqında fikirləri və aforizmləri toplanıb.

Kitabın tərtibçisi, redaktoru və ön sözün müəllifi tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədovadır. Nəşrin məsləhətçiləri yazıçı-publisist Nüşabə Məmmədli, tarix elmləri doktoru, professor Fuad Məmmədov və sənətşünaslıq üzrə elmlər doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramovadır.