Qumun üzərində yumurta bişib

 

Çinin Sincan Uyğur Muxtar Rayonunda havanın temperaturu rekord səviyyəyə – 75 dərəcəyə çatıb. Bu göstərici iyunun 11-də muxtar rayonun Turfan dairəsi ərazisindəki “Alovlu dağ” turizm məntəqəsində də qeydə alınıb.

Bölgədə yay günləri havanın hərarəti 40 dərəcədən aşağı olmur. Bununla belə, Çinin ən isti yerlərindən olan Alovlu dağda quraşdırılmış dünyanın ən hündür termometri (12 metr) yer səthindəki real hərarəti – 75 dərəcəni göstərib. Turistlər qumun üzərində istidən bişən yumurtalardan da yeyiblər.

Qeyd edək ki, çökəkdə yerləşən və “Alov vahəsi” kimi tanınan Turfan hövzəsi təkcə Çində deyil, dünyada ən isti və ən quraq iqlimə malik bölgə kimi tanınır.