Zəngilan şəhər Uşaq  musiqi məktəbində (Bakı şəhəri) 2023–2024-cü tədris ilinin sonuna dair hesabat konserti keçirilib. Tədbirdə Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səslənib, xalq mahnıları ifa olunub. Konsert proqramı xoş ovqatla sona çatıb.

Zəngilan rayon Mincivan qəsəbə Uşaq musiqi məktəbində də (Bakı) hesabat konserti olub. Xalq və bəstəkar mahnıları ifa olunub. Sonda Şərqi Zəngəzur RMİ-nin rəisi Rəşad Əliyev çıxış edərək tədbir iştirakçılarına uğurlar arzulayıb.

Laçın rayon Şəlvə kənd Uşaq musiqi məktəbində (Bakı) “Çiçəklənən Azərbaycan” adlı hesabat konserti təşkil edilib. Proqramda rəngarəng musiqi nömrələri təqdim olunub.

Cəbrayıl şəhər Uşaq Musiqi Məktəbində (Bakı şəhəri) 2023-2024-cü tədris ilinin sonuna dair hesabat konserti keçirilib. Konsertdə Azərbaycan və xarici bəstəkarların əsərləri, eləcə də xalq və bəstəkar mahnıları ifa olunub.

***

Lerik rayon Mədəniyyət Mərkəzində Zamir Tağıyev adına Çayrud kənd Uşaq musiqi məktəbinin hesabat konserti keçirilib. Konsert görkəmli bəstəkar, Xalq artisti Süleyman Ələsgərovun (1924–2000) 100 illiyinə həsr olunub. Müəllim və şagirdlər Süleyman Ələsgərovun, eləcə də digər bəstəkarların əsərlərini, xalq mahnıları ifa ediblər.

***

Gədəbəy şəhər Uşaq incəsənət məktəbi də 2023/2024-cü tədris ili üzrə hesabat konserti təşkil edib. Məktəbin müxtəlif ixtisasları üzrə təhsil alan şagirdləri il ərzində mənimsədikləri bacarıqlarını nümayiş etdiriblər. Rəssamlıq şöbəsi şagirdlərinin əl işləri də nümayiş olunub. Fəal şagirdlər təltif olunub.

Gədəbəy rayon Slavyanka kənd Uşaq musiqi məktəbinin hesabat konsertində məktəbin müəllim və şagirdlərinin ifasında Azərbaycan xalq mahnıları, tanınmış bəstəkarların əsərləri səsləndirilib. İl ərzində fərqlənən şagirdlərə fəxri fərman təqdim edilib.

Nurəddin Məmmədli