Salyan Dövlət Kukla Teatrında “Hərənin öz ulduzu” adlı tamaşa nümayiş olunub.
Yazıçı-dramaturq İsi Məlikzadənin əsəri əsasında hazırlanan tamaşada mədəniyyət evinə göndərilən yeni direktorun başına gələn əhvalatlar satira dili ilə çatdırılır.
Tamaşanın quruluşçu rejissoru Əməkdar mədəniyyət işçisi Laləzər Hüseynova, rəssamı Ceyhun Rüstəmbəyli, musiqi tərtibatçısı Elvin İsayevdir. Rolları Nahid Rüstəmbəyli, Röyal Qurbanov, Mirxədicə Mirzəyeva, Mədinə Ramazanova, Maytab Gözəlova və başqaları canlandırıb.
Tamaşadan sonra Şirvan-Salyan RMİ-nin rəisi Şahin Şahbazov yaradıcı heyətlə görüşüb, onlara uğurlar diləyib.