Xəbər verdiyimiz kimi, Elm və Təhsil, Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə “Məktəblilər üçün teatr pedaqogikası” adlı layihə həyata keçirilir.

Layihə çərçivəsində iyunun 11-də Şəki Dövlət Dram Teatrında məktəblilər üçün Xaqani Əliyevin “Çələbi xan” tarixi dram əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub.

Layihə üzrə daha bir tamaşa Lənkəran Dövlət Dram Teatrında göstərilib. Məktəblilər Lənkəran Dövlət Dram Teatrında “Haqqın 44 günü” tamaşasına baxıblar.

Layihənin məqsədi uşaq və gənclərdə estetik zövq formalaşdırmaq, onların incəsənətə marağını artırmaq, həmçinin asudə vaxtlarını səmərəli təşkil etməkdir.