Salyan Dövlət Rəsm Qalereyasında “Azərbaycanım” Beynəlxalq VII Uşaq və Gənc Rəsm Festivalının iştirakçıları ilə görüş keçirilib.
Qalereyanın direktoru Kürçaylı Məmmədov Bakı Xətai Sənət Mərkəzində keçirilən festival haqqında məlumat verib. Bildirib ki, 28 May – Müstəqillik Gününə həsr olunan festival çərçivəsində elan olunan müsabiqədə Salyan Dövlət Rəsm Qalereyasının 18 nəfər rəssam dərnək üzvü də iştirak edib. 13-16 yaş arasında onluğa düşən dərnək üzvü Aytən Abasova (müəllimi İman Mustafayev) isə festivala dəvət olunub. Gənc rəssam Salyan Dövlət Rəsm Qalereyasını “Yasəmən” tablosu ilə təmsil edib.
Çıxışlarda bildirilib ki, bu cür yerli və beynəlxalq festival, müsabiqə və sərgilər paytaxtla yanaşı, regionlarda yaşayan yaradıcı uşaqlara da böyük stimul verir.