Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı 24-30 iyun tarixlərində Moldovanın paytaxtı Kişineu şəhərində keçiriləcək “MildFest” Beynəlxalq Teatr Festivalına qatılacaq.

Sənət ocağı festivala Azərbaycan Teatr Xadimləri İttifaqının dəstəyi ilə “Dəlinin qeydləri” monotamaşasını aparacaq.

Rus yazıçısı Nikolay Qoqolun “Bir dəlinin xatirə dəftəri” povesti əsasında Xalq artisti Cənnət Səlimovanın quruşunda hazırlanan tamaşa 31 illik səhnə ömrünü uğurla davam etdirir. Tamaşada Əməkdar artist Şövqi Hüseynov (Poprışşin) çıxış edir.

Müxtəlif illərdə beynəlxalq festivallarda çıxış edən səhnə əsərinin quruluşçu rəssamı Lətifə Quluzadədir.