Seçkidə dəstəyə ehtiyacı var

 

Prezident Co Baydenin yüz minlərlə qanunsuz miqranta ABŞ-də vətəndaşlıq hüququ vermək niyyətindədir.

Məlumata görə, Ağ Ev administrasiyası yaxın aylarda ABŞ vətəndaşlarının hüquqi statusu olmayan ərlərinin (arvadlarının) daimi yaşayış hüququ və ölkəni tərk edib qayıtmağa ehtiyac qalmadan vətəndaşlıq üçün müraciət etmələrinə icazə verəcək.

Co Baydenin qərarı təxminən 500 min nəfəri əhatə edəcək. Bu tədbir ABŞ-də miqrantların son onilliklərdə ən geniş federal müdafiəsi hesab edilir və qarşıdan gələn seçki prosesində hazırkı prezidentin xeyrinə işləyəcəyi ehtimal olunur.

Qeyd edək ki, bu yaxınlarda Co Baydenin cənub sərhədlərini bağlamaqla bağlı kəskin qərarı ölkədə geniş narazılığa səbəb olmuşdu.