Mərkəzi Aran RMİ-nin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları tərəfindən Qurban bayramı (16-17 iyun) münasibətilə Mingəçevir şəhəri, Yevlax, Ağdaş, Göyçay, Kürdəmir, Ucar və Zərdab rayonlarında şəhid ailələri ziyarət olunub. Ailələrə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı rayon komitələrinin dəstəyi ilə bayram sovqatı təqdim edilib.

***

Lənkəran şəhər MKS-nin Mərkəzi Kitabxanasının kollektivi Qurban bayramı münasibətilə Vətən müharibəsi şəhidi Mirxəyal Kərimzadənin ailəsinə baş çəkib. Əvvəlcə şəhidin məzarı ziyarət olunub. Şəhidin valideynləri ilə görüşdə Mirxəyal Kərimzadənin döyüş yolundan, göstərdiyi qəhrəmanlıqdan söz açılıb. Kitabxananın direktor əvəzi Arzuyə Rufullayeva Qurban bayramı münasibətilə ailəni təbrik edib. Şəhidin anası Elnarə Kərimzadə dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Qurban bayramı münasibətilə Lənkəran şəhər Heydər Əliyev Mərkəzi və Qızılağac Milli Parkının birgə təşkilatçılığı ilə “Yaşıl dünya – mavi səma” layihəsi çərçivəsində Lənkəran 2 nömrəli Ailə tipli kiçik qrup evində kimsəsiz uşaqlar üçün bayram süfrəsi açılıb. Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova uşaqlara  Qurban bayramının sevgi və paylaşmaq kimi mənəvi dəyərlərindən bəhs edib.

Cəlilabad rayon Mədəniyyət Mərkəzi və Göytəpə şəhər Mədəniyyət evinin birgə təşkilatçılığı ilə N saylı hərbi hissədə konsert proqramı keçirilib.

Konsertdən əvvəl Lənkəran-Astara RMİ-nin Cəlilabad üzrə böyük mühasibi Elnur Atakişiyev çıxış edərək əsgərləri müqəddəs bayram münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Sonra rayon Mədəniyyət Mərkəzinin solistləri tərəfindən hərbi vətənpərvərlik ruhlu musiqi nömrələrindən ibarət konsert proqramı təqdim olunub.

N.Məmmədli