Azərbaycanın görkəmli bəstəkarı Arif Məlikovun böyük türk şairi və dramaturqu Nazim Hikmətin pyesi əsasında yaratdığı “Məhəbbət əfsanəsi” baletinin premyerası 1961-ci ildə Leninqrad Akademik Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Akademik Mariinski Teatrı) olub. Dünyanın bir çox səhnələrini bəzəyən möhtəşəm əsərin ən çox nümayiş olunduğu məkan elə bu teatrdır. 60 il əvvələ aid bu şəkil də orada çəkilib. Şəkildə “Məhəbbət əfsanəsi”nin əsas yaradıcı heyətindən təkcə quruluşçu baletmeyster Yuri Qriqoroviç yoxdur.

Fotoda: “Məhəbbət əfsanəsi” baletinin müəllif və iştirakçıları Kirov adına Leninqrad Akademik Opera və Balet Teatrında (soldan sağa): balerinalar İrina Kolpakova (Şirin), Olqa Moiseyeva (Mehmene banu), libretto müəllifi Nazim Hikmət, bəstəkar Arif Məlikov, dirijor Niyazi, rəssam Simon Virsaladze (1964-cü il).

Azərbaycan Respublikası Kino Foto Sənədləri Arxivi (inventar N 2360)