Lənkəran şəhər Heydər Əliyev Mərkəzində “Gənc müəllimlərin yaşıl dünya konfransı: ətraf mühit naminə dayanıqlı inkişaf” adlı tədbir keçirilib.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Əliyeva, Lənkəran-Astara Regional Təhsil İdarəsi Təhsilin inkişafı sektorunun müdiri Hafiz Pənahov, Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova və başqalarının çıxışları dinlənilib. Sonra təlim sessiyaları keçirilib.

Bədii hissədə Lənkəran Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Sosial və Aqrar-Texnoloji Kollecin müəllim və tələbə heyətinin ifa etdiyi “Mənim Azərbaycanım” və “Xudayar təsnifi” tədbirə rəng qatıb.