Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində gənc rəssam Turanə Süleymanlının “Uğura ilk addımım” adlı fərdi sərgisi açılıb.
Muzeyin direktoru Leyla Əliyeva gənc rəssamı təbrik edib, ona yaradıcılıq uğurları arzulayıb.
Azərbaycanın Gürcüstandakı Səfirliyinin əməkdaşı Ramiz Hacızadə dost ölkədə yaşayan gənclərimizin incəsənətə marağını yüksək qiymətləndirib. Bildirib ki, Azərbaycan dövləti soydaşlarımıza, xüsusən də, gənclərin inkişafına ayrıca diqqət yetirir. Səfirlik də gənclərə hər zaman dəstək olur.
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov da gənc soydaşlarımızın mədəni həyatda fəal iştirakını, idman və bilik yarışlarında uğurlar qazanmasını təqdir edib.
Gənc rəssamın Azərbaycan, Gürcüstan və Türkiyə dostluğunu əks etdirən, eləcə də milli adət və ənənələrdən bəs edən əsərləri maraqla qarşılanıb.