Azərbaycan
28 iyun 1842 – Maarifçi, təbiətşünas alim, publisist Həsən bəy Zərdabi (Məlikov; 1842 – 28.11.1907) anadan olub. 1875-ci il iyulun 22-də “Əkinçi” qəzeti ilə Azərbaycanda milli mətbuatın əsasını qoyub. Moskva Universitetini namizədlik diplomu ilə bitirən ilk müsəlman, Bakı gimnaziyasının ilk müsəlman müəllimi olub.
28 iyun 1914 – Xalq artisti Barat Həbib qızı Şəkinskaya (1914 – 13.1.1999) Şuşada doğulub. 1935-ci ildən Akademik Milli Dram Teatrının aktrisası olub, bir müddət Gəncə teatrında çalışıb. “Görüş”, “O olmasın, bu olsun”, “Onun bəlalı sevgisi” və s. filmlərdə maraqlı obrazlar yaradıb.
28 iyun 1925 – Xalq artisti Gülağa Allahverdi oğlu Məmmədov (1925 – 7.6.1994) anadan olub. 40 ildən çox Azərbaycan Televiziya və Radiosu Səid Rüstəmov adına xalq çalğı alətləri ansamblının solisti olub. “Dəli Kür”, “Sən niyə susursan?” və s. filmlərdə mahnıları ifa edib.
28 iyun 1935 – Xalq artisti, professor Ağakişi Şəmməd oğlu Kazımov (1935 – 8.10.2021) Ağcabədi rayonunda doğulub. Musiqili Komediya, Opera və Balet, Gənc Tamaşaçılar, Akademik Milli Dram teatrlarında rejissor işləyib. Mədəniyyət və İncəsənət Universitetində dərs deyib. “Yük” filmində (H.Z.Tağıyev) çəkilib.
28 iyun 1971 – Məşhur opera müğənnisi Eldar Tofiq oğlu Əliyev (1971 – 4.8.2020) Bakıda anadan olub. Bakı Musiqi Akademiyasında və İtaliyada vokal təhsili alıb. 1994-cü ildən 2005-ci ilədək Milanda “La Skala” teatrının solisti olub, Avropanın bir çox teatrlarının səhnəsində çıxış edib.
29 iyun 1958 – Əməkdar artist Elçin Qəzənfər oğlu Həmidov (1958 – 4.3.2011) Bakıda doğulub. Musiqili Komediya Teatrının aktyoru olub.
29 iyun 2007 – UNESCO-nun Dünya İrs Komitəsinin Yeni Zelandiyanın Kristcorc şəhərində keçirilən 31-ci sessiyasında Qobustan Tarix-Bədii Qoruğu təşkilatın Dünya irs siyahısına daxil edilib.
30 iyun 1812 (yeni təqvimlə 12 iyul) – Mütəfəkkir yazıçı, böyük dramaturq Mirzə Fətəli Axundzadə (1812 – 10.3. 1878) Şəkidə anadan olub. Yaradıcılığa şeirlə başlayıb. 1850-1855-ci illərdə yazdığı altı komediya (“Molla İbrahimxəlil kimyagər”, “Müsyö Jordan və dərviş Məstəli şah”, “Lənkəran xanının vəziri”, “Xırs-quldurbasan”, “Hacı Qara”, “Mürafiə vəkilləri”) ilə milli dramaturgiyanın, 1857-ci ildə qələmə aldığı “Aldanmış kəvakib” povesti ilə realist Azərbaycan nəsrinin təməlini qoyub.
1 iyul 1893 – Tanınmış heykəltaraş, Azərbaycanın Əməkdar incəsənət xadimi, SSRİ Xalq rəssamı Pinxos (Pyotr) Vladimiroviç Sabsay (1893–1980) Odessada doğulub. 1926-cı ildən Bakıda yaşayıb. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində dərs deyib. M.F.Axundzadənin, əmək qəhrəmanları və mədəniyyət xadimlərinin heykəl və büstlərinin müəllifidir.
1 iyul 1925 – Ədəbiyyatşünas alim, professor Pənah İmran oğlu Xəlilov (1925–2019) Gürcüstanın Marneuli rayonunun Sadaxlı kəndində doğulub. “Azərbaycan sovet ədəbiyyatı tarixi” üçcildliyinin həmmüəllifidir. Rus dilindən ədəbi tərcümələr edib.
1 iyul 1937 – Əməkdar mədəniyyət işçisi, aşıq İsfəndiyar Adil oğlu Rüstəmov (1937 – 9.2.2018) Gədəbəy rayonunun Gərgər kəndində doğulub. Gədəbəydə ilk aşıq ansamblını yaradıb, müxtəlif festivallarda respublikamızı təmsil edib.
1 iyul 1938 – Xalq artisti Tofiq Səməd oğlu Mövləvi (1938 – 24.5.2024) Naxçıvanda anadan olub. Uzun illər Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor kimi fəaliyyət göstərib.
1 iyul 1942 – Əməkdar jurnalist, filologiya elmləri doktoru Nəsir Abbas oğlu Əhmədli (1.7.1942 – 7.6.2022) Tovuz rayonunun Alakol kəndində doğulub. BDU-nun Jurnalistika fakültəsinin professoru olub.
2 iyul 1892 – Yazıçı, maarif və mədəniyyət xadimi Tağı Abbas oğlu Şahbazi (Simurq; 1892–1937) Bakıda anadan olub. Respublika Xalq maarif komissarının müavini, Azərbaycan Dövlət Universitetinin rektoru işləyib. “Ağanın kənizi”, “Aldanmış ümid”, “Qayçı” və s. hekayələrin müəllifidir. Repressiya qurbanıdır.
2 iyul 1953 – Əməkdar artist Tofiq Əşrəf oğlu Qаrаyev (1953 – 26.10.2013) Ağdamda doğulub. Ağdam Dövlət Dram Teatrının aktyoru olub.
2 iyul 1953 – Əməkdar artist, müğənni Məhəbbət Allahverdi oğlu Kazımov (1953 – 27.1.2014) Laçın rayonunun Çorman kəndində doğulub. “Dan ulduzu” ansamblının solisti olub.
Dünya
28 iyun 1577 – Niderland (flamand) rəssamı Piter Paul Rubens (Peter Paul Rubens; 1577–1640) anadan olub. Mifoloji və dini mövzuda bir çox əsərlərin müəllifidir. Portret və peyzaj ustası kimi də tanınıb.
28 iyun 1712 – Fransız yazıçısı və mütəfəkkiri, maarifçi Jan-Jak Russo (Jean-Jacques Rousseau; 1712–1778) anadan olub. “Yeni Eloiza”, “Emil” romanları, fəlsəfi əsərlərin müəllifidir.
28 iyun 1867 – İtalyan yazıçı-dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1934) Luici Pirandello (Luigi Pirandello; 1867–1936) anadan olub. Əsərləri: “Mərhum Mattia Paskal”, “Qocalar və cavanlar” (romanlar), “Liola” , “Hər kəs özünə görə”, “IV Henrix” (pyeslər).
28 iyun 2022 – Tanınmış türk kinoaktyoru Cüneyt Arkın (əsl adı Fahrettin Cüreklibatur; 8.9.1937 – 2022) vəfat edib.
29 iyun 1900 – Fransız yazıçısı, şair Antuan de Sent-Ekzüperi (Antoine Marie Roger Vicomte de Saint-Exupery; 1900–1944) anadan olub. Peşəkar təyyarəçi olub. “Gecə uçuşu”, “Balaca şahzadə”, “Qəsr” romanlarının müəllifidir.
30 iyun 1911 – Polyak şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1980) Çeslav Miloş (Czeslaw Milosz; 1911–2004) anadan olub.
30 iyun 1918 – Amerika aktrisası, “Oskar” mükafatçısı Süzen Heyuord (Susan Hayward, əsl adı Edythe Marrenner; 1918–1975) anadan olub.
1 iyul 1646 – Alman idealist filosofu, tarixçi, dilçi və riyaziyyatçı Qotfrid Vilhelm Leybnis (Gottfried Wilhelm Leibniz; 1646–1716) anadan olub.
1 iyul 1804 – Fransız yazıçısı Jorj Sand (George Sand, əsl adı Amandina Avrora Düpen – Amantine-Aurore-Lucile Dupin de Francueil; 1804–1876) anadan olub. Romanları: “Roz və Blanş”, “İndiana”, “Konsuelo” və s.
1 iyul 1902 – Amerika rejissoru Vilyam Vayler (William Wyler; 1902–1981) anadan olub. “Roma tətili”, “Həyatımın ən yaxşı illəri” və s. filmləri çəkib, üç dəfə “Oskar”a layiq görülüb.
1 iyul 1909 – Gürcü aktyoru, SSRİ Xalq artisti Serqo Zakariadze (1909–1971) Bakıda doğulub. “Keto və Kote”, “Əsgər atası” və s. filmlərdə çəkilib.
2 iyul 1714 – Alman bəstəkarı Kristof Villibald Qlük (Christoph Willibald Ritter von Gluck; 1714–1787) anadan olub. “Orfey və Evridika”, “Paris və Yelena”, “İfigeniya Tavridada” və s. operaların müəllifidir.
2 iyul 1877 – Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1946) Herman Hesse (Hermann Hesse; 1877–1962) anadan olub. Əsərləri: “Təkər altında”, “Çöl canavarı”, “Şərq ölkəsinə ziyarət”, “Muncuq oyunu” və s.
2 iyul 1923 – Polyak şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1996) Vislava Şimborska (Wislawa Szymborska; 1923 – 1.2.2012) anadan olub. “Son və əvvəl”, “Yüz...” və s. kitabların müəllifidir.
2 iyul 1961 – Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1954) Ernest Heminquey (Ernest Miller Hemingway; 21.7.1899 – 1961) vəfat edib. Əsərləri: “Əlvida, silah”, “Əcəl zəngi kimin üçün çalınır?” (romanlar), “Qoca və dəniz” (povest) və s.
Hazırladı: V.Orxan