Dünya üzrə aviadaşıyıcılar və aeroportlar tərəfindən təqdim edilən xidmətlərin keyfiyyəti ilə bağlı davamlı tədqiqatlar aparan “SkyTrax” statistika şirkəti (Böyük Britaniya) növbəti reytinq siyahısını təqdim edib.
Türkiyənin milli aviadaşıyıcısı “Turkish Airlines” doqquzuncu dəfə “Avropanın ən yaxşı aviaşirkəti” adına layiq görülüb. Bu barədə aviaşirkət məlumat yayıb.
“Skytrax” mükafatlarının qaliblərinin elan edilməsi mərasimi Londonda keçirilib.
Məlumata əsasən, Türkiyə aviaşirkəti “Dünyada ən yaxşı biznes-sinif yemək xidmətləri” və “Cənubi Avropanın ən yaxşı aviaşirkəti” nominasiyalarında da mükafata layiq görülüb.
“Turkish Airlines”ın baş direktoru Bilal Ekşi “Skytrax”ın qərarını Türkiyənin aparıcı aviadaşıyıcısının bütün personalının gərgin komanda işinin nəticəsi adlandırıb.