Şotlandiyanın şimal-qərbində yerləşən və sahəsi təxminən 360 min kvadratmetr (36 hektar) Eylin Mallaqraç adası (Eilean Mullagrach Island) 500 min funt-sterlinqə (600 min avro) satışa çıxarılıb.
İngilis mediası xəbər verir ki, Mallaqraç təbiətin cənnət məkanıdır: burada 90-dən çox bitki və çiçək növü var, ən azı 22 növ quş, eləcə də su samuru yaşayır.
Problem ondadır ki, bu məkana çatmaq o qədər də asan deyil. Bunun üçün coşqun dalğalı dənizdə 35 dəqiqəlik qayıq gəzintisi etməli, daha sonra isə qayıqdan adadakı yeganə binaya dəmir pilləkənlə qalxmalısınız.
“Daily Mail” nəşri yazır ki, internetin olmadığı adaya səfər çox uzun çəkməməlidir, çünki Mallaqraçda hər zaman küləyin dəyişmək riski var, siz adanı tərk edə bilməyib təcrid olunacaqsınız. Adanın əvvəlki sahibi bir həftəyə yaxın oğlu ilə birlikdə burada tərk edilmiş vəziyyətdə qalıb və sahil mühafizəsi tərəfindən xilas edilib.