Azərbaycandan olan iki məktəblinin əl işləri Türkiyədə “Pınar Süt” şirkətinin təşkilatçılığı ilə keçirilən “Gələcəyin rəsmini çəkirəm. Dünyamız 2050-ci ildə” mövzusunda 43-cü Beynəlxalq uşaq rəsm müsabiqəsinin qalibləri sırasına daxil edilib.
6-14 yaş arasında uşaqların iştirakı ilə keçirilən müsabiqənin münsiflər heyəti yaxşı əsərlər arasında yeddi yaşlı Toğrul Qaragözovun və doqquz yaşlı Zöhrə Paşayevanın da rəsmlərini seçib.
Qaliblərə velosipedlər, rəssam çantaları və digər qiymətli hədiyyələr təqdim edilib.
Müsabiqənin təşkilatçıları qeyd ediblər ki, bu tədbir çərçivəsində müxtəlif ölkələrdən 4 milyondan çox uşağın təqdim etdiyi rəsmlər qiymətləndirilib.
“Pınar Süt” şirkəti İdarə Heyətinin sədri İdil Yigitbaşı jurnalistlərə müsahibəsində deyib: “İncəsənətin gücünün daha gözəl gələcəyin qurulmasına kömək edəcəyinə inanırıq. Uşaqların öz arzularına çatması çox vacibdir”.