Quba-Xaçmaz RMİ-nin təşkilatçılığı ilə Quba rayon Heydər Əliyev Mərkəzində 2 iyul – Azərbaycan Polisi Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə rayonda fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları və digər qonaqlar iştirak ediblər.

Çıxış edənlər Azərbaycan Polisi Günü münasibətilə bütün polislərin peşə bayramını təbrik edərək dövlətçiliyimizin qorunmasında, ölkəmizdə sabitliyin, əmin-amanlığın təmin edilməsində onların müstəsna xidmətləri olduğunu bildiriblər.

Qeyd olunub ki, Azərbaycan polisi Birinci Qarabağ və Vətən müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edib.

Tədbir Zaur Cəfərov adına şəhər 3 saylı və Zəki Kərimov adına I Nügədi 1 saylı məktəbin şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şeir və mahnıların səsləndirilməsi ilə davam etdirilib.

Sonda Azərbaycan Polisi Gününə həsr edilmiş film nümayiş olunub.