İyulun 1-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Şüvəlan qəsəbə Mədəniyyət evində Xətai rayon Mədəniyyət Mərkəzi nəzdindəki “Qaravəlli” Xalq teatrının “Cəhənnəm sevgisi” tamaşası nümayiş olunub.
Maraqla qarşılanan tamaşanın müəllifi Polad İbrahimov və Kübra Bayramovadır.
Sonda tamaşada rol alan aktyorlar Mədəniyyət mərkəzi tərəfindən diplomla təltif ediliblər.