Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı Moldovanın paytaxtı Kişineuda keçirilən “MildFest” Beynəlxalq Teatr Festivalında N.Qoqolun “Dəlinin qeydləri” monotamaşası ilə iştirak edib.
Teatrdan bildirilib ki, səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Lətifə Quluzadədir. Monotamaşada Əməkdar artist Şövqi Hüseynov çıxış edir.
Xarmelin adına Dövlət Gənclər Teatrında nümayiş olunan tamaşadan sonra Şövqi Hüseynov festivalın diplomu ilə təltif olunub. Tamaşanı izləyən yerli teatrşünaslar, müxtəlif ölkələrin ekspertləri səhnə əsəri ətrafında müzakirələr apararaq yüksək fikirlər söyləyiblər.