Qazax Dövlət Dram Teatrında yazıçı Jalə İsmayılın “Ametist xanım və Apatit bəy” pyesi əsasında hazırlanan “Love butik” tamaşası növbəti dəfə nümayiş olunub.

Tamaşaçılar arasında Qazax-Tovuz RMİ-nin rəis müavini Səbuhi Xasməmmədov, Azərbaycan Dövlət Akademik Musiqili Teatrın direktor müavini Vəfa Mühacirova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Aliyə Dadaşova da olublar.

Nümayişdən sonra yaradıcı heyətlə tamaşanın müzakirəsi aparılıb, qeydlər və təkliflər səsləndirilib.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Mirzə Nicat, rəssamı Səyyat Məmmədov, musiqi tərtibatçısı Vahid Bayramovdur.