Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi müxtəlif ölkələrin aidiyyəti təşkilatları ilə əlaqələr qurub.
Bu günlərdə Qazaxıstan Milli Muzeyinin Bərpa və konservasiya xidmətinin rəhbəri Gülsarə Mukaşeva və gənc bərpaçılardan ibarət nümayəndə heyəti Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində olub.
Qonaqlar mərkəzlə yaxından tanış olub, onlara qurumun tarixi və fəaliyyəti haqqında ətraflı məlumat verilib.
Bərpaçı-rəssamlarla təcrübə mübadiləsi aparılıb, bərpaçılıq sahəsində tətbiq edilən yeniliklər müzakirə olunub. Onlar üçün muzey əşyalarının, xüsusən də tekstil nümunələrinin konservasiyası və bərpasında istifadə edilən materiallar, yeni üsullarla bağlı ustad dərsi təşkil olunub, bərpa prosesi əyani şəkildə nümayiş etdirilib.
Sonda xatirə şəkilləri çəkdirilib.