Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında gənc yazıçı, görkəmli nasir, Xalq yazıçısı İsa Hüseynov-Muğannanın nəvəsi Səma Muğannanın “Qeyb olan uşaqlıq” adlı yeni kitabının təqdimatı keçirilib.

Tədbirdə ziyalılar, Bakı Dövlət Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri iştirak ediblər.

Müəllif kitab haqqında ətraflı məlumat verib, yaradıcılığı ilə bağlı sualları cavablandırıb, gələcək planlarından danışıb.

Sonda kitabların bir neçə nüsxəsi kitabxanaya hədiyyə edilib.