Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə elan olunmuş qrant müsabiqəsi ilə bağlı açıq infosessiya keçiriləcək.

İnfosessiya iyulun 10-da saat 16:00-da Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzində (Xətai rayonu, Mehdi Mehdizadə 33 “Simurq” plaza, 8-ci mərtəbə) təşkil olunacaq.

İnfossesiya çərçivəsində nazirlik nümayəndələri və Müsabiqə komissiyasının üzvləri tərəfindən iştirak şərtləri, prioritet istiqamətlər və alt mövzular, layihə təklifi ilə bağlı tələblər barədə ətraflı məlumat veriləcək. Tədbirdə müsabiqə ilə maraqlanan qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edə bilərlər.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi tərəfindən 4 iyul 2024-cü il tarixində qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi elan olunub. Müsabiqəyə müraciət üçün son tarix 2 avqust 2024-cü il tarixidir. Sənədlərin qəbulu grants.culture.az internet resursu üzərindən elektron formada həyata keçirilir.

 

Ətraflı məlumat üçün:

Tel.: 147 (Mədəniyyət Nazirliyinin qaynar xətti)

Mob.: +994505200674 (Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzi)