Dövlət Turizm Agentliyinin tabeliyində olan “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun iş saatları uzadılıb.

Ziyarətçilərin çoxsaylı müraciətləri əsasında verilən qərara görə, iyul ayının 10-dan etibarən “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu yay mövsümü boyunca hər gün səhər 10:00-dan axşam saat 22:00-dək ziyarətçilərə xidmət göstərəcək.