Bakı Slavyan Universitetində (BSU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbirlər planına uyğun olaraq, tələbələrin əl işlərindən ibarət rəsm və foto sərgisi təşkil edilib.
Universitetdən bildirilib ki, tədbir zamanı tələbələr müəllifləri olduqları rəsm və fotolar barədə təqdimatla çıxış ediblər.
BSU-nun rektoru Anar Nağıyev sərgidə nümayiş olunan rəsm və fotoları yüksək qiymətləndirərək tələbələrə təşəkkür edib, onlara təhsildə və yaradıcılıqda yeni-yeni uğurlar arzulayıb.
Sərgidə universitetin bütün fakültələri təmsil olunub.