Özbəkistanda Mədəniyyət Nazirliyi yanında qeyri-maddi mədəni irs üzrə institut yaradılır. Özbəkistan dövlət başçısının müvafiq fərmanı ilə Mədəniyyət Müəssisələrinin Fəaliyyətinin Təşkili üzrə Respublika Elmi-Metodiki Mərkəzi Mədəniyyətşünaslıq və Qeyri-Maddi Mədəni İrs Elmi-Tədqiqat İnstitutuna çevrilib.
Bildirilir ki, yeni institutun vəzifələrinə milli qeyri-maddi mədəni irsin qorunması, qeyri-maddi mədəni irs nümunələrinin müəyyən edilməsi və bu nümunələrin qeyri-maddi mədəni irsin mühafizəsi üzrə beynəlxalq siyahı və reyestrlərə daxil edilməsi, eləcə də ölkədə qeyri-maddi mədəni irsin rəqəmsallaşdırılması, təbliği və qorunmasına yönəlmiş yeni təşəbbüs və layihələrin həyata keçirilməsi daxildir.