BMT-nin Cenevrədəki Ofisinin baş direktoru Tatyana Valovaya, İsveçrə Qadınlar və Gücləndirmə Assosiasiyasının təsisçisi və prezidenti Viktoriya Desyat, “Sinara” Xeyriyyə Fondu Qəyyumlar şurasının sədri Qalina Pumpyanskaya ölkəmizə səfəri çərçivəsində Azərbaycan Milli Xalça Muzeyini ziyarət ediblər.

Qonaqlara muzeyin tarixi, fəaliyyəti, ekspozisiyasında nümayiş etdirilən sənət nümunələri, kolleksiyaları, zəngin milli irsimiz olan xalça sənəti barədə ətraflı məlumat verilib. Onlar muzeyin Zərgərlik fondu ilə də tanış olublar.

BMT-nin Cenevrədəki Ofisinin baş direktoru Tatyana Valovaya muzeyin xatirə kitabına ürək sözlərini qeyd edib.

Lalə