Naxçıvan Dövlət Universitetinin prorektoru tarix üzrə fəlsəfə doktoru dosent Arzu Abdullayevin “Naxçıvan şəhəri: tarixi-siyasi və mədəni inkişafı XIX əsr” kitabı çap olunub.
Naxçıvan MR-in yaradılmasının 100 illik yubileyinə həsr olunmuş kitabda bu diyarın tarixi, siyasi, mədəni və ictimai mərkəzi olan Naxçıvan şəhərindən söhbət açılır. Şəhərin XIX əsr tarixi kompleks şəkildə araşdırılır, buranın Rusiya imperiyası tərəfindən işğalı, bölgənin inzibati-ərazi quruluşunda dəyişikliklər və idarəçilik sistemi, sosial-iqtisadi və mədəni həyatı, ermənilərin Naxçıvana köçürülməsi elmi dövriyyəyə yeni cəlb edilmiş sənəd və materiallar əsasında öyrənilir.
Nəşrin elmi redaktoru akademik Nərgiz Axundova, rəyçiləri professorlar Oqtay Sultanov və Zeynal Həsənalıyevdir.