Quba rayon MKS-nin Mərkəzi Kitabxanasının oxu zalında Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Kitab Evi” İctimai Birliyinin “Mütaliə mədəniyyətinin inkişafı üçün çoxtərəfli əməkdaşlığın qurulması üzrə təşəbbüslər və fəaliyyətlər” adlı layihəsi çərçivəsində tədbir keçirilib.
Layihə haqqında məlumat verilib. Qeyd edilib ki, vətəndaşlarımızın, o cümlədən, yeniyetmə və gənclərimizin kitabxanalardan daha çox faydalanmasını təmin etmək üçün kitabxanalar iş vaxtından kənarda da oxucularımıza xidmət göstərmək məqsədilə elektron kitabların pulsuz istifadəsinə çalışmalıdırlar.
Bildirilib ki, layihənin məqsədi vətəndaşları, xüsusilə də gəncləri özünü, tarixini, mədəniyyətini və dünyanı tanımaq yolunda elmi məlumatlar və beynəlxalq uğurlu təcrübə nümunələri işığında mütaliəyə həvəsləndirmək və onlarda oxu vərdişi yaratmaqdır.
Tədbirin sonunda kitabxananın fəal oxucuları olan şagirdlər “Kitab Evi” İB-nin fəxri fərmanı ilə təltif olunublar.
Layihə çərçivəsində iştirakçılara bədii ədəbiyyat, dəftərxana ləvazimatı paylanılıb.