Milli Xalça Muzeyində mühazirə
İyulun 8-də Azərbaycan Milli Xalça Muzeyində sənətşünaslıq üzrə fəlsəfə doktoru, vizual sənət nəzəriyyəçisi Elçin Şamillinin təqdimatında “Ümumtürk mədəniyyətinin vizual kodu” mövzusunda mühazirə keçirilib.
Sənətşünas müasir dövrdə vizual dilin memarlıq, dizayn və dekorativ-tətbiqi sənətdə oynadığı roldan danışıb. Xalça sənətinin ümumtürk mədəniyyətinin vacib qollarından biri kimi dünya incəsənətinə, memarlığına təsirini nümunələr əsasında diqqətə çatdırıb. O, xalçalarımızı bəzəyən bəşəri məzmunlu, xüsusi mənalar daşıyan işarələr sisteminin, təsvirlərin, naxışların müasir formada, fərqli aspektlərdə təqdimatının, sənətkarlarımızın bu istiqamətdə öz fəaliyyətlərini genişləndirməsinin zəruriliyini vurğulayıb.
Mühazirədə mövzu ətrafında iştirakçıların sualları cavablandırılıb, qonaqlarla maraqlı fikir mübadiləsi aparılıb.
Lalə