Bakıdakı Rus Evində yeniyetmə rəssamlar Leyli, Sərhad və Fərrux Burzunun “Sehrli dünyam” adlı sərgisi açılıb.
Tədbirin kuratoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) baş müəllimi Alyona İnyakina, təsviri sənət müəllimi, yeniyetmə rəssamların pedaqoqu Səbinə Ağasıyeva çıxış edərək sərgi haqqında məlumat veriblər.
Sərgidə müxtəlif janr və mövzularda 30-dan çox rəsm yer alıb.
Tədbirdə Leyli və Fərrux Burzunun, BMA-nın məktəb-studiyasının şagirdləri Leyla və Cəmilə Yolçuzadənin, eləcə də BMA-nın baş müəllimi Sevda Yolçuyevanın ifasında musiqi proqramı da təqdim olunub.