Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki Bakı Uşaq və Gənclər Teatrının “Günay” uşaq teatr studiyası 21-ci mövsümünü başa vurub.
Balaca aktyorlar Qusar Dövlət Ləzgi Dram Teatrının səhnəsində Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası əsasında tamaşa-kompozisiya təqdim ediblər.
“Günay” teatrı bu mövsümdə çox fəal işləyib. Teatrın səhnəsində Rəsul Həmzətovun 100 illik yubileyi ilə bağlı tamaşa, rus şairi və yazıçısı M.Lermontovun anadan olmasının 210 illiyinə həsr olunmuş, eləcə də “Puşkinin nağılları” və S.Yeseninin əsərləri əsasında tamaşa-kompozisiyalar, “Əjdaha – 24” Yeni il şousu və digər tədbirlər təşkil edilib.