Özbəkistanın Namanqan vilayətində böyük Şərq mütəfəkkiri və alimi Əbu Nəsr Fərabinin əlyazmaları, habelə qədim silah və sikkələr tapılıb. Qiymətli tapıntılar Aksikent Arxeoloji Parkının ərazisindəki “Yenqi Aksi” kompleksində nümayiş etdiriləcək.
“Yenqi Aksi” kompleksinin eksponatlar fondu XI–XIV əsrlərə aid daha on qiymətli eksponat, o cümlədən Baktriya və Çin sikkələri, eləcə də Əbu Nəsr Fərabinin qədim əlyazması ilə zənginləşib.
Namanqanda tapılan qılınc XI əsrə aid edilir. Bu yaraq döyüşdən sonra qaldığı vəziyyətdə qorunub saxlanılıb. Qılınc Aksikent dəmirçiləri tərəfindən bərk poladdan hazırlanıb.
Baktriya sikkəsi 475–600-cü illərə, Çin sikkəsi isə XIX əsrə aiddir. Fərabinin yeni tapılan əlyazmaları fəlsəfə və tarixlə bağlıdır və unikal bilikləri ehtiva edir.