Rejissor Orxan Ağazadənin “Məhbus” tammetrajlı bədii film layihəsi “İstanbul CineCollective” beynəlxalq film proqramına seçilib.

Dram janrında olan layihə keçmişindən qurtula bilməyən Rasim adlı qəhrəman haqqındadır.

“Məhbus” Kann Film Festivalının "Cinefondation Residency" ssenari inkişafı platformasına Azərbaycandan qəbul edilən ilk layihədir. Bundan əlavə, film “Le Prevote” ssenari proqramının da iştirakçısı olub.

Filmin rejissoru, ssenari müəllifi və prodüseri Orxan Ağazadədir.