Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib.

Muzeyin direktoru akademik Rafael Hüseynovla görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.

Rafael Hüseynov müəllifi olduğu “Məhsəti Gəncəvi. Portret-oçerk” kitabının  ispan və ingilis dillərində nəşrlərini, “Şirvan şairləri” kitabını, eləcə də muzeyin bukletini qonaqlara hədiyyə edib.

Muzeydə Azərbaycan ədəbiyyatının və mədəniyyətinin təqdimatı qonaqlarda böyük maraq doğurub.