Monteneqronun Azərbaycandakı səfiri Perişa Kastratoviç Milli Xalça Muzeyini ziyarət edib.

Diplomata muzeyin ekspozisiyasında yer alan nadir sənət nümunələri haqqında məlumat verilib. Bildirilib ki, xalça sənətinin inkişafı Azərbaycan dövlətinin daim diqqət mərkəzində olub. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü və səyləri ilə 2010-cu ildə milli xalçaçılıq sənətimiz UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib.

Səfir muzeydə xalçatoxuma prosesini də izləyib.

Qeyd edək ki, bir qədər əvvəl Milli Xalça Muzeyində Monteneqro xalqının ənənəvi mədəniyyətini təcəssüm etdirən “Müxtəlifliyin gözəlliyi” adlı sərgi də açılıb.

***

İyulun 10-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin (“Qocalar evi”) sakinləri Milli Xalça Muzeyini ziyarət ediblər.

Qonaqlara muzeyin kolleksiyaları, burada nümayiş etdirilən sənət əsərləri haqqında məlumat verilib. Onlar xalçanın toxunma prosesi ilə yaxından tanış olub, özləri hana başına keçərək bir neçə ilmə vurublar.

Sonra “Şuşa, zəfərin mübarək!” adlı kölgə teatr tamaşası göstərilib.

Lalə