AMEA Folklor İnstitutu Türk xalqları folkloru şöbəsinin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Qumru Şəhriyarın “Edigey” haqqında dastanın versiya və variantları” monoqrafiyası çapdan çıxıb.

Orta Asiya türkləri arasında tarixi şəxsiyyət kimi xüsusi yerə sahib olan Edigeyə həsr olunmuş eyniadlı dastanın monoqrafik tədqiqatı Azərbaycan oxucusu üçün yenidir. Türk xalqları arasında dastanın 80-dən çox variantı qeydə alınıb və bu nəşrdə onların hər biri haqqında biblioqrafik məlumat verilib.

Monoqrafiyanın elmi redaktoru filologiya elmləri doktoru, professor Əfzələddin Əsgər, rəyçiləri filologiya elmləri doktoru, professor Almaz Həsənqızı və filologiya üzrə fəlsəfə doktoru, dosent Səkinə Qaybalıyevadır.