İyulun 13-də Azərbaycan Milli İdman Növləri Assosiasiyası tərəfindən dövlət qurumlarının əməkdaşları arasında nərd yarışı keçirilib. Yarışda Mədəniyyət Nazirliyi də təmsil olunub.

Kişilər arasında nazirliyin təmsilçisi Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəis müavini Emin Mustafayev 40 yarışmaçı arasında bütün rəqiblərinə qalib gələrək 1-ci yerə və qızıl medala layiq görülüb.

Qadınlar arasında isə digər təmsilçi M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Azərbaycan Dövlət Rəqs Ansamblının rəqqasəsi Valeriya Konkina 8 qadın arasında üçüncü yeri tutub və bürünc medalın sahibi olub.