11-13 iyul tarixlərində Kosovonun Priştina Ukşin Hoti Universitetində X Beynəlxalq “Turkcess” Təhsil və Sosial Elmlər Konqresi keçirilib.

AMEA-nın Folklor İnstitutundan bildirilib ki, Mifologiya şöbəsinin aparıcı elmi işçisi dosent Məleykə Məmmədova konqresə onlayn qoşularaq “Süni intellekt və folklor tətbiqləri” mövzusunda məruzə ilə çıxış edib.

Hibrid formatda keçirilən konqresə bir sıra ölkələrdən alim və tədqiqatçılar qatılıblar.