Bu ilin yanvar-iyun aylarında Qəbələ rayonundakı hotel və mehmanxana tipli müəssisələrə 44 min 310 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 17 min 641 nəfəri və ya 39,8 faizi Azərbaycan, 26 min 669 nəfəri və ya 60,2 faizi xarici ölkə vətəndaşı olub.
Rayon Statistika İdarəsindən bildirilib ki, yanvar-iyun aylarında Qəbələnin hotel və mehmanxana tipli müəssisələrinə yerləşdirilən yerli və əcnəbi turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8 min 860 nəfər və ya 25 faiz artıb. Altı ayda yerli turistlərin sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 1655 nəfər və ya 8,6 faiz azalsa da, əcnəbi turistlərin sayında 10 min 515 nəfər və ya 65,1 faiz artım qeydə alınıb.
Yanvar-iyun aylarında Qəbələyə gələn əcnəbilər arasında Hindistan vətəndaşları üstünlük təşkil edib. Altı ayda bu ölkənin 14 min 66 vətəndaşı Qəbələdə olub. Sonrakı yerlərdə Səudiyyə Ərəbistanı (3905 nəfər), Birləşmiş Ərəb Əmirlikləri (2168), Küveyt (1070), Pakistan (717), Rusiya (601) və digər ölkələrdən gələnlərdir.