İyulun 15-də Kəlbəcərdə bədbəxt hadisə nəticəsində həlak olan hərbçi dəfn edilib.

1981-ci il təvəllüdlü Zaqatala sakini, müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) Yunis Vasif oğlu Abbasovla vida mərasimi keçirilib.

İzdihamlı mərasimdə hərbçinin qulluq etdiyi hərbi hissənin bir qrup zabit və əsgər heyəti, rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak edib. Vida mərasimindən sonra Y.Abbasov Zaqatala şəhər qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, müddətdən artıq xidmət edən hərbi qulluqçumuz Yunis Abbasov Kəlbəcərdə uçqun altında qalaraq həlak olub. O, üç övlad atası idi.