İyulun 22-də milli mətbuatımızın yaranmasının 149-cu ildönümü tamam olur. Lerik rayon Mərkəzi Kitabxanasında Milli Mətbuat Günü ilə əlaqədar dəyirmi masa təşkil edilib.
Çıxışlarda 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan “Əkinçi” qəzetinin mətbuat salnaməmizdə və xalqımızın milli oyanış prosesində oynadığı roldan bəhs edilib. Vurğulanıb ki, Azərbaycan milli mətbuatının təməlini qoyan bu qəzet, iki il fəaliyyət göstərsə də, xalqın milli və müasir ruhda tərbiyə olunmasında böyük bir missiyanın öhdəsindən gəlib.
Qeyd olunub ki, bu gün müstəqillik yolu ilə inamla irəliləyən və hərtərəfli inkişaf edən Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması istiqamətində mühüm addımlar atılır, bir sıra uğurlu layihələr həyata keçirilir.