İki agentlik memorandum imzalayacaq
Dövlət Reklam Agentliyi reklamlarda müəlliflik hüququnu qorumalıdır. Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanov bu barədə iyulun 16-da Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi İdarə Heyətinin sədri Fərhad Adıgözəlov ilə görüşündə deyib.
Əqli Mülkiyyət Agentliyinin fəaliyyət istiqamətlərindən danışan Kamran İmanov qeyd edib ki, qurum reklamlarda müəlliflik hüququnun qorunması ilə bağlı Dövlət Reklam Agentliyinə kömək etməyə hazırdır.
F.Adıgözəlov öz növbəsində Dövlət Reklam Agentliyinin strukturu, ölkədə reklam fəaliyyəti barədə danışıb, agentlikdə aparılan islahatlar haqqında məlumat verib.
Görüşdə iki qurumun qarşılıqlı fəaliyyət istiqamətləri, həmçinin əməkdaşlıq perspektivləri müzakirə olunub. Agentliklər arasında əməkdaşlıq haqqında yaxın zamanda memorandumun imzalanması məqsədəuyğun sayılıb.