İyulun 17 və 18-i tarixlərində “Musiqi müəllimliyi” ixtisası (32 və 33-cü komissiyalar) üzrə mərkəzləşdirilmiş qaydada ixtisas imtahanı keçirilir.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, imtahanlar Bülbül adına orta ixtisas musiqi məktəbi, Gəncə Dövlət Filarmoniyası və Naxçıvan Dövlət Universitetində təşkil edilir. Abituriyentlərin qiymətləndirilməsi mərkəzin inzibati binasında fəaliyyət göstərən Qabiliyyət İmtahanı Komissiyası tərəfindən onlayn təşkil olunur.

İmtahana gələn abituriyentlər (subbakalavrlar) şəxsiyyət vəsiqəsinin əsli, “İmtahana buraxılış vərəqəsi” və “Proqram forması” mütləq gətirməlidirlər.